“Azərbaycan futboluna çox gözəl bələdəm” - MÜSAHİBƏ
18.01.2010 - 15:15
“Azərbaycan futboluna çox gözəl bələdəm” - MÜSAHİBƏ
“MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku”nda “Bakı”nın qrupda son rəqibi olan Qazaxıstanın “Aktobe” klubunun kapitanı Samat Smakovun apasport.az saytının Moskvaya ezam olunmuş müxbirinə müsahibəsi

- Ötən il Qazaxıstanın ən yaxşı futbolçusu seçilən Samat Smakov indiyə kimi komandalarımıza qarşı bir neçə dəfə oynayıb. Sabah da “Bakı” ilə görüşəcəksiniz. Bu oyunda 1/4 finala vəsiqənin taleyini həll olunur...
- Həqiqətən çox çətin və eyni zamanda vacib oyundur. Qələbə qazanan növbəti mərhələyə çıxacaq. Azərbaycan futboluna çox gözəl bələdəm. Konkret “Bakı” ilə yaxından tanışlığım olmasa da, futbolunuzun xüsusiyyətlərini yaxşı bilərəm. Komandalarınız həmişə texnikalı və hücum futbolu oynayıb. Fərdi oyun keyfiyyətindən güclüdürlər. Elə bunlar görüşə marağı artırır. Həmişə belə komandalara qarşı oynamaq maraqlıdır.

- “Bakı”nın turnirdə oyununu izləməsiniz?
- Hələ ki yox. Bilirəm ki, məşqçimizdə rəqib haqda hansısa məlumatlar var. Ola bilər ki, axşam bu yöndə müzakirələr apardıq.

- Hesab etmirsiniz ki, rəqibin oyununu, onun oyun cəhətlərini bilmədən ona qarşı oynamaq daha çətindir?
- Yəqin ki, bərabər səviyyədəyik. Ola bilsin ki, onlar da bizim oyunu görməyiblər. İstənilən halda, hər şey meydandakı mübarizə nəticəsində həll olunacaq. Şansları da bərabər sayıram.

- Sizdən fərqli, bizə 1/4 finala çıxmaq üçün heç-heçə də bəs edir. Qrup lideri olan “Bakı” “Aktobe”ni 1 xal qabaqlayır. Bu amil oyun öncəsi sizdə psixoloji təzyiq altında saxlamır ki?
- Yox. Yaxşı ki, hər şey bizim özümüzdən asılıdır. Ancaq elə ola bilir ki, qələbə qazansan da, qrupdan çıxa bilmirsən. Buna misal olaraq, iki il öncə elə sizin komanda ilə qrup oyununu göstərə bilərəm. Həmin vaxt “Birlik kuboku”nda “Xəzər-Lənkəran”la bir qrupa düşmüşdük. Komandanızı 1:0 hesabı ilə məğlub etsək də, 1/4 finala çıxa bilmədik. Çünki top fərqində “Xəzər-Lənkəran”dan geri qaldıq. İndiki vəziyyət isə tam fərqlidir. Yəni növbəti mərhələyə çıxmaq yalnız bizdən asılıdır. “Bakı”nı udsaq, buna yüz faiz nail olacağıq. Bunu da reallaşdıra bilərik.

- Açığı, “Aktobe” komandalarımız üçün arzuolunmaz rəqib sayılır. “Birlik kuboku”nda heç vaxt sizi məğlub edə bilməmişik. Azərbaycan komandaları ilə oyunlarınızın uğurlu alınmasının sirrini nədə görürsünüz?
- Əslində, bunun heç bir sirri yoxdur. Sadəcə, belə alınır ki, son illərdə həmişə Azərbaycan komandaları ilə oynayırıq və uğur bizim tərəfimizdə olur. Yadımdadır, keçən il yarımfinalda Bakı “İnter”i ilə görüşdə 1:0 hesabı ilə qələbə qazanaraq, finala çıxdıq. Həmin görüşdə biz əlimizdə düşən qol imkanından yararlandıq. “İnter” qol şansından istifadə etsəydi, finala komandanız çıxacaqdır.

- “Aktobe”də və yığmada komanda yoldaşınız olan Oleq Ostapenko bir ay öncə ölkəmizə gəlib, “Bakı”da baxışda olmuşdu. O, komandamız haqda sizə hər hansı məlumat, tövsiyə verib?
- Yox. Ostapenko artıq başa komandanın sarılarındadır.

- Azərbaycanlı futbolçulardan kimi tanıyırsınız?
- Cavadovu. O, burda oynamır ki?

- Vaqif Cavadovu nəzərdə tutursunuz. Milli komandamızın heyətində Qazaxıstan yığmasına qarşı oynayan hücumçumuz yaxında Hollandiyanın “Tvente” klubuna keçdi...
- Deməli, belə... Afərin Cavadova. Mən ona görə sevindim. Vaqifə yeni klubunda uğurlar arzulayıram. Milli komandamızın heyətində onunla görüşmüşəm. Cavadovun bizə qarşı yaxşı oyunu yadımda qalıb.
0