“Qəbələ” qələbə ilə başladı
18.01.2010 - 16:23
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirən “Qəbələ” klubu ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Ramiz Məmmədovun yetirmələri Rusiya Premyer Liqasında çıxış edən "Tom" ilə görüşüb. Təmsilçimiz bu oyunda rəqibini 2:1 hesabı ilə məğlub edib. Məmmədov bu görüşdə baxışda olan legionerləri sınayıb. 42 yaşlı mütəxəssis matçdan sonra PFL-in rəsmi internet saytına açıqlama verib: "Hal-hazırda komandada Serbiya, Braziliya və Rusiyadan futbolçular var. Onların adlarını açıqlamaq istəmirəm. Lakin artıq bir neçəsini bəyənmişəm. Qarşıdakı oyunlarda onlara yenə şans verəcəyəm".
- Zaniolo “Udineze”də qaldı – “Qalatasaray”dan birdəfəlik ayrıldı
- “Qırmızı şeytanlar” maviyə büründü – Yeni səfər forması - FOTO
- İspaniya de la Fuente ilə davam etmək istəyir – Müqavilə uzadılır
- Çempionlar Liqası: "Kayrat" "Omoniya"ya qarşı - YENİLƏNİR
- "Neftçi" və "Başakşəhər"in matçları bu kanallarda - TV AFİŞA
0
0