Azərbaycan yığmasında “təmizləmə”
18.01.2010 - 16:55
Azərbaycan yığmasında “təmizləmə”
Qadınlardan ibarət Azərbaycan milli komandasının heyətində “təmizləmə” aparılıb. Apasport.az portalının məlumatına görə, ötən il legionerlərdən ibarət olan yığmamız 2010-cu ildə ilk hazırlıqları yerli futbolçularla keçirəcək. AFFA-nın rəsmi saytında açıqlanan heyətdə yalnız bir əcnəbi yer alıb. Komandanın baş məşqçisi Şamil Heydərov bu gün başlayıb yanvarın 25-dək davam edəcək təlim-məşq toplanışında Natalya Tkaçenko istisna olmaqla Azərbaycan futbolunun yetirmələrinə dəvət göndərib. Bakıda keçiriləcək bu hazırlıqlarda 27 oyunçu iştirak edəcək: Aynur Alməmmədova, Yuliya Larionova, Tamilla Bayramova, Aygün Qırxlarova, Mətanət Cəfərova, Könül Əsədova, Natalya Tkaçenko, Alfiya Bikbulatova, Pərvanə Mirzəquliyeva, Tünzalə Süleymanova, Gülnarə Süleymanova, Gülyana Güvəndiyeva, Nərminə Məmmədova, Nərgiz Paşayeva, Sevda Nuriyeva, Əfsanə Mirzəquliyeva, Nigar Məlikova, Gülnar Qarayeva, Aybəniz Əsgərzadə, Aidə Əliyeva, Şəfəq Nəsirova, Günel Mütəllimova, Fəridə Babayeva, Nərgiz Hacıyeva, Sədaqət Vəliyeva, Anjela Teymurova, Təhminə Süleymanzadə.

Qeyd edək ki, 6 legionerin sənədlərinin saxta olduğu aşkarlanana qədər qadın yığmalarımıza hər oyunda 14-15 əcnəbi çağırılırdı.
0