Antii Muurinen: “Bakı”nı 1/4 finalda görmək istərdim
18.01.2010 - 18:49
Antii Muurinen: “Bakı”nı 1/4 finalda görmək istərdim
Finlandiyanın HİK klubunun baş məşqçisi Antii Muurinen “Bakı”nı 1/4 finalda görmək istəyir. Təcrübəli fin mütəxəssis apasport.az saytının Moskvaya ezam olunmuş müxbirinə açıqlamasında son Azərbaycan çempionunun oyununu bəyəndiyini bildirib.

Muurinen “Bakı”nın son tur öncəsi qrupda lider olmasını təsadüfi saymır: “Komandamızın qrupdan çıxmaq şansı yüksəkdir. Hər halda, biz də xal üzünə həsrət qalan Tacikistanın “Vaxş” klubunu udarıq. Digər vəsiqənin sahibi isə həm “Bakı”, həm də “Aktobe” ola bilər. Hər ikisinin buna şansı var. Kimin çıxacağı ilə bağlı proqnozuma gəlincə, mən buna diplomatik cavab verərdim. Yəni, “Bakı” ilə “Aktobe”nin şanslarını bərabər sayıram. Hər ikisi güclü komandadır. Etiraf edim ki, “Bakı” ilə oyunun ikinci hissəsində futbolçularımız çox yorulmuşdu və bəxtimiz də gətirdi. Komandanız fasilədən sonra daha yaxşı təsir bağışladı və qol vurmaq üçün bir neçə real imkanı oldu. İstərdim ki, komandanız da qrupdan çıxsın”.

Qeyd edək ki, 4 xalla qrupumuzda 2-ci yerdə gedən HİK “Bakı” ilə qolsuz heç-heçə etdiyi halda, “Atkobe”ni məğlub edib – 1:0.
0