Son 23 ilin ən yaxşı hakimi
18.01.2010 - 20:20
Son 23 ilin ən yaxşı hakimi
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 1987 – 2009-cu illər ərzində oyunları idarə etmiş ən yaxşı hakimləri müəyyənləşdirib. Lent.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, 81 hakimin yer aldığı siyahıda birinci yeri artıq karyerasını başa vuran Pyerluici Kollina tutub.

İtaliyalı hakim 86 xal toplayıb. 2-ci yeri ondan 20 xal geri qalan Markus Merk (Almaniya) tutub. 3-cü yerə isə 62 xala malik Piter Mikkelsen (Danimarka) layiq görülüb.

İlk “10-luq”da sonrakı pillələri Kim Milton Nilsen (Danimarka), Şandor Pul (Macarıstan), Anders Frisk (İsveç), Lüboş Mihel (Slovakiya), Pyerluici Payretto (İtaliya), Mişel Votro (Fransa) və Urs Mayer (İsveçrə) tutub.
0