“Hiss olunur ki, “Xəzər-Lənkəran” iddialıdır və çempionluğa oynayır”
19.01.2010 - 00:04
“Hiss olunur ki, “Xəzər-Lənkəran” iddialıdır və çempionluğa oynayır”
“Azərbaycan haqda eşitmişdim. Çünki həmyerlim Andeveris Avqusto ölkənizdə futbol oynayır”. Bu sözləri apasport.az saytının Antalyaya ezam olunan əməkdaşına hazırda “Xəzər-Lənkəran” klubunun düşərgəsində yer alan Boliviya yığmasının futbolçusu Helmut Qutyerrez deyib.

Dünya çempionatının seçmə mərhələsində Boliviyanın Braziliya üzərində qələbə qazandığı (2:1) oyunda forma geyinən Helmut “Xəzər-Lənkəran”ın məşqindən sonra təəssüratlarını əməkdaşımızla bölüşüb: “Təəssüratlarım yaxşıdır. Hiss olunur ki, “Xəzər-Lənkəran” iddialı klubdur. Komandanın “Vityaz”la oyununa baxdım. Belə qənaətə gəldim ki, çempionluq üçün mübarizə aparır. Düzdür, həmin matçda baxışda olan futbolçular da oynayırdı. Buna baxmayaraq, onlar çox istəkli, həvəsli idilər”.

Qeyd edək ki, Qutyerrezin “Xəzər-Lənkəran”da qalıb-qalmayacağı sabah “Sibir”lə oyundan sonra bəlli olacaq.
0