Avropa çempionatında 3 müxtəlif vəzifə
18.01.2010 - 22:26
Avropa çempionatında 3 müxtəlif vəzifə
“Biz aşkar favoritin olmadığı qrupa düşmüşük. Burada hər 3 komanda ortababdır. Yəni, bizim qrupumuz o birilərdən seçilir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan futzal yığmasının kapitanı Marat Salyanski mətbuat konfransında deyib.

Avropa çempionatı ilə bağlı keçirilən tədbirdə 35 yaşlı qapıçı qarşıya 3 vəzifə qoyulduğunu bildirib: “Bizim qarşımıza 3 cür vəzifə qoyulub. Bunlardan birincisi qrup mərhələsini adlamaqdır. İkinci vəzifəmiz 1/4 final mərhələsində qələbə qazanıb, yarımfinala yüksəlməkdir. Nəhayət, qarşıda duran ən axırıncı vəzifə finala vəsiqə əldə etməkdir. Fikrimcə, Avropa çempionatında bürünc medal qazana bilərik”.

Marat deyib ki, AFFA və Futzal Federasiyası rəhbərliyinin sayəsində ölkəmizdə bu növ çox inkişaf edib. O, futzalda qapıçının üzərinə böyük yük düşdüyünü də nəzərə çatdırıb: “Sabah Macarıstana qarşı oyunda kimin forma geyinəcəyi baş məşqçidən asılıdır. Ancaq istənilən halda, futzalda qapıçının üzərinə böyük yük düşür. Futzal qapıçısı “böyük futbol”dakından da çox iş görür. Qapıçı komandanın 70-80 faizi deməkdir”.
0