“Azərbaycana qol vurmasam da, olar”
19.01.2010 - 10:34
“Azərbaycana qol vurmasam da, olar”
“Mənim Azərbaycanın qapısına qol vurub-vurmamağım o qədər də əhəmiyyət kəsb etmir. Biz pley-off mərhələsinə, imkan olsa, lap yarımfinala çıxmaq istəyirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Macarıstan milli komandasının oyunçusu Yanoş Modoras deyib.

Bu gün start götürən Avropa çempionatının final mərhələsinin açılış matçında Azərbaycan milli komandası ilə qarşılaşacaq meydan sahiblərinin yığmada 100-dən artıq qol vuran əfsanəvi futzalçısı millimizi asan rəqib adlandırıb: “Bu dəfə daha asan rəqiblərlə bir qrupa düşmüşük. Bizim yığma da xeyli güclənib. Bu səbəbdən qrupumuzda hamı bərabər səviyyədədir. Mən ancaq onu deyə bilərəm ki, biz həm Azərbaycanı, həm də Çexiyanı məğlub etmək istəyirik. Seçmə mərhələdə oynamadığımızdan, iki ildir rəsmi qarşılaşmalara çıxmırıq. Məncə, bu vacib də deyil. Bu müddətdə üzərimizdə işləmişik, xüsusilə də psixoloji hazırlıq üzərində. Ən əsası isə bacardığımızı göstərmək istəyi ilə alışıb-yanırıq”.

Qeyd edək ki, bu gün keçiriləcək Macarıstan – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
0