“Simurq” daha bir futbolçuya “qapını göstərdi”
19.01.2010 - 12:15
“Simurq” daha bir futbolçuya “qapını göstərdi”
Zaqatalanın "Simurq" klubu daha bir futbolçusunu transferə çıxarıb. Apasport.az saytının məlumatına görə, zaqatalalılar Andrey Şeryakov və Samir Abdulovun ardından Andrey Sokolenko ilə də yollarını ayırmaq qərarına gəlib. Ötən ilin yayında “Simurq”a transfer olunan 31 yaşlı yarımmüdafiəçinin Azərbaycan karyerası yarım mövsümdən ibarət olub. Ukraynalı futbolçu Unibank Premyer Liqasında cəmi 9 oyun keçirib. Bu müddətdə Sokolenko 3 sarı vərəqə alıb.

Qeyd edək ki, Andrey Azərbaycan kubokunda debüt etmək imkanı qazanmayıb.
0