Premyer Liqa təmsilçisi gürcülərlə sabah görüşür
19.01.2010 - 12:37
Premyer Liqa təmsilçisi gürcülərlə sabah görüşür
Qış hazırlığının birinci mərhələsini başa vuran “Simurq” doğma Zaqatalanı tərk edib.

Apasport.az saytının məlumatına görə, Roman Pokoranın yetirmələri təlim-məşq toplanışı üçün Gürcüstana yollanıb. Əvvəlcədən planlaşdırıldığından daha tez qonşu ölkəyə yollanan təmsilçimiz yanvarın 28-dək Tbilisidə qalmaq niyyətindədir. Bu müddətdə “Simurq” yerli komandalarla 4 və ya 5 yoxlama oyunu keçirməyi planlaşdırıb. Rəqiblər hələ dəqiqləşməsə də, Pokora ilk sınağın artıq sabah olmasını istəyir.

Qeyd edək ki, “Simurq” artıq neçə ildir fasilə dövründə hazırlıq keçmək üçün Gürcüstana yollanır.
0