“Muğan” moldovalı legionerə “yaxşı yol” dedi
19.01.2010 - 13:26
“Muğan” moldovalı legionerə “yaxşı yol” dedi
Salyanın “Muğan” klubu baxışa çağırdığı daha bir legioneri geri qaytarıb. Apasport.az saytının məlumatına görə, üç gün əvvəl komandanın düşərgəsinə gələn moldovalı Vasile Rusunun oyunu salyanlıların baş məşqçisi Almir Hurtiçi qane etməyib.

Bosniyalı mütəxəssis “Akademiya” klubundan gələn 24 yaşlı müdafiəçinin digər iki həmyerlisini yenə sınamaq fikrindədir. Komandanın məşqlərinə qatılan həmin legionerlərlə bağlı qərar bir neçə günə veriləcək.

Qeyd edək ki, “Muğan” bir neçə gün əvvəl baxışa çağırdığı makedoniyalı hücumçu Draqan Stoyanovskini də bəyənməyərək geri qaytarmışdı.
0