AFFA Samir Abbasovu cəzalandırdı
19.01.2010 - 15:27
AFFA Samir Abbasovu cəzalandırdı
AFFA-nın İntizam komitəsinin növbəti yığıncağı keçirilib. Apasport.az-ın assosiasiyanın rəsmi internet saytına istinadən məlumatına görə, komitə üzvləri bəzi futbolçularla bağlı qərarlar çıxarıb.

“Azercell U-17 liqa”nın oyunlarında “Bakı”nın meydandan qovulan oyunçuları - Seyid İsgəndərov və Mətin Əbdülsoy 2, “Muğan”ın üzvü İsmayıl İsmayılov 1 oyunluq cəzalandırılıb. “Kapital Bank U-15 liqa”da qırmızı vərəqə alan Dəyanət Əsilli növbəti turda da “Simurq”a kömək edə bilməyəcək.

Futzal üzrə Azərbaycan kubokunun qrup mərhələsinin oyunlarında intizamsızlıq edən oyunçular da öz cəzalarını alıblar. “Aralıqspor”dan Samir Abbasov, “Ekol”un üzvü Ağatahir Əzimov, “Normikro”da çıxış edən Feruz Həsənov və “Şturm”un oyunçusu Elçin Əzimov hərəyə bir oyunluq “istirahət” qazanıblar.
0