Elvin Əliyev: “Aktobe” 1/4 finala layiq idi
19.01.2010 - 17:57
Elvin Əliyev: “Aktobe” 1/4 finala layiq idi
“Aktobe”yə qarşı matçda bizə yad olan, biabırçı futbol oynadıq. Bəlkə də bu, qüvvələrimizi düzgün qiymətləndirməməkdən irəli gəlir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun müdafiəçisi Elvin Əliyev deyib.

O, Rusiyanın paytaxtı Moskvada keçirilən MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku turnirinin qrup mərhələsində Qazaxıstanın “Aktobe” klubuna uduzmaqla mübarizəni dayandıran təmsilçimizin uğursuzluğu haqda fikirlərini açıqlayıb: “Aktobe” çox ağıllı oyun oynadı. Əvvəl üstünlüyü bizə verdilər. Qazax müdafiəçiləri hücumlarımızı yavaş-yavaş “söndürürdülər”. Ümumilikdə oyun maraqlı alındı. Hər iki komanda çox hücum edib xeyli sayda qol imkanları yaratdı. Lakin həm biz, həm də “Aktobe”nin zəif cəhətinin imkanlardan yararlanmaq olduğu da üzə çıxdı. Qazaxlar heç olmasa bunun bir hissəsindən yararlana bildi. Bu isə o deməkdir ki, onlar daha yaxşı hazırlaşıblar. Qazaxıstan çempionu layiq olduğu 1/4 finala vəsiqəni qazandı. Onlara uğurlar arzulayıram”.

Qeyd edək ki, Birlik kubokunda 1/4 final oyunları sabah keçiriləcək.
0