“Olimpik-Şüvəlan” üçün “Daiqu”
19.01.2010 - 18:22
“Olimpik-Şüvəlan” üçün “Daiqu”
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən «Olimpik-Şüvəlan» sabah ikinci yoxlama oyununu keçirəcək.

Apasport.az-ın klubun rəsmi internet saytına istinadən məlumatına görə, ilk oyunda Qazaxıstan «Tobol»unun futbolçularının kobudluğu üzündən görüşü yarımçıq tərk edən Nazim Süleymanovun yetirmələri bu dəfə Cənubi Koreya təmsilçisi «Daiqu» ilə qarşılaşacaq. Bu matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Komandalar «Topqapı Palace» hotelinin kompleksində üz-üzə gələcəklər.

Məşqçilər korpusu bu görüşdə də oyunçuları yorğunluq fonunda sınamaq istəyir. Ona görə də komandamız bu gün iki dəfə məşqə çıxacaq. Sabah isə oyun qabağı məşq planlaşdırılır. Heyətə gəlincə, düşərgədə bir zədəli var. Bu «Tobol»la oyunda kobudluğa məruz qalan Sergey Laşenkovdur. Onun yaxın günlərdə kollektivlə birgə məşqlərə başlayacağı gözlənilir.
0