Nazim Süleymanov milliləşən legioneri sınayır
19.01.2010 - 18:30
Nazim Süleymanov milliləşən legioneri sınayır
Bakının “Olimpik-Şüvəlan” klubu daha bir futbolçunu baxışa çağırıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Nazim Süleymanov yaxın günlərdə Timur İsrafilovu sınaqdan keçirəcək.

«Qarabağ»ın əvəzedici heyətinin üzvü olan rusiyalı müdafiəçisi neçə ildir ki, milliləşərək müxtəlif yığmalarımızın heyətində çıxış edib. 21 yaşlı futbolçu dünəndən komandanın düşərgəsinə - «Kremlin Palace» hotelinə gəlib. Onunla bağlı qərarın yoxlama oyunlarından sonra veriləcəyi gözlənilir.
0