“Neftçi”dən minimal hesablı qələbə
19.01.2010 - 23:14
“Neftçi”dən minimal hesablı qələbə
Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi" ilk yoxlama oyununu keçirib. Apasport.az saytının xəbərinə görə, Ukraynanın "Çernomorets" klubu ilə qarşılaşan "ağ-qaralar" rəqibini 1:0 hesabı ilə məğlub edib. "Neftçi"nin heyətində Vladimir Voskoboynikov fərqlənib.
Yoxlama oyununda "Neftçi"nin baş məşqçisi Vaqif Sadıqov aşağıdakı futbolçulara şans verib: Paulius Qribauskas, Rail Məlikov (Ruslan Əmircanov), Valeri Abramidze (Amadu Anta, Seneqal), Taavi Rahn, Dmitriy Kruqlov, Rəşad Abdullayev, Nazar Bayramov (Araz Abdullayev), Elmar Baxşıyev, Adria Neaqa (Valentin Atem), Vladimir Voskoboynikov (Valter Quqlielmon), Nikolay Alekseyev (Samir Əliyev).
0