İki futbolçumuz dopinq-test verdi
19.01.2010 - 23:52
İki futbolçumuz dopinq-test verdi
Avropa çempionatının ilk oyununda Macarıstanı məğlub edən Azərbaycan futzal yığmasının iki üzvü dopinq-test verib. Apasport.az saytının Budapeştə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, qarşılaşmadan dərhal sonra Namiq Məmmədkərimov və Felipe Ribeyro Dos Santosun orqanizmindən analiz götürülüb.

Reqlamentə əsasən, qitə çempionatının istənilən matçından sonra hər iki komandadan iki oyunçu olmaqla, 4 futzalçı dopinq-testdən keçməlidir. Kimlərdən analiz götürülməsi isə püşk vasitəsilə müəyyənləşdirilir. Macarlarla görüşdən sonra atılan püşk nəticəsində Məmmədkərimov və Felipe dopinq-nəzarət otağına getməli olublar. Onlardan götürülən analizin cavabı bir aydan sonra bilinəcək.

Qeyd edək ki, Məmmədkərimovun adı protokola daxil edilsə də, zədə ucbatından macarlara qarşı oynamayıb. Felipe isə 3:1 hesablı qələbəmizdə böyük pay sahibi olub.
0