“Muğan”ın futbolçusu Anqolanı tərk edir
20.01.2010 - 10:25
“Muğan”ın futbolçusu Anqolanı tərk edir
Afrika Millətlər Kubokunda növbəti oyun keçirilib. Apasport.az saytının məlumatına görə, Salyanın “Muğan” klubunun futbolçusu Narsis Yameoqonun şərəfini qoruduğu Burkina-Faso yığması qrup mərhələsinin son turunda Qana millisi ilə üz-üzə gəlib.

29 yaşlı yarımmüdafiəçinin komandası oyunun 30-cu dəqiqəsində buraxdığı qolla məğlub olub – 0:1. Narsis bu matçda meydana çıxmayaraq ehtiyat oyunçular skamyasında qalıb. İlk oyunda Kot-d’ivuarla qolsuz heç-heçə edən Burkina-Faso yığması qrup mərhələsini 1 xalla başa vurub. Toqonun yarışın keçirildiyi Anqolanı tərk etməsi üzündən 3 komandanın mübarizə apardığı qrupda sonuncu yeri tutan Yameoqonun komandası üçün qitə birinciliyi başa çatıb.

Qeyd edək ki, Narsis dünya və qitə çempionatlarının final mərhələlərində Azərbaycan klubunu təmsil edən ilk və yeganə futbolçu kimi tarixə düşüb. O, Kot-d’ivuarla matçda start heyətdə meydana çıxaraq 62 dəqiqə mübarizə aparıb.
0