“Qarabağ” Misir yığmasının oyunçusunu sınayır
20.01.2010 - 10:32
“Qarabağ” Misir yığmasının oyunçusunu sınayır
Ağdamın “Qarabağ” klubu daha bir futbolçunu baxışa çağırıb. Apasport.az saytının məlumatına görə, Misir milli komandasının futbolçusu Hossam Hasan Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirən ağdamlıların düşərgəsinə gəlib.

Ötən ilin ikinci yarısında keçirilən 20 yaşadək futbolçular arasında dünya çempionatının final mərhələsində çıxış edən Misirin U-20-nin 14 nömrəli formasını daşıyan yarımmüdafiəçi qarşıdakı yoxlama oyunlarında sınaqdan keçiriləcək. Yalnız bundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov misirli ilə bağlı qərar verəcək.

Misir çempionatının iddialı klublarından olan və hazırda liderlər qrupunda qərarlaşan “Enppi” klubundan dəvət olunan Hossam məşhur “Zamalek”in yetirməsidir.
0