Qoldan başqa hər şey
20.01.2010 - 12:37
Futzal üzrə Azərbaycan milli komandası Avropa çempionatının ilk qarşılaşmasında statistika baxımından Macarıstandan geri qalıb. Apasport.az saytının Budapeştə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, “Papp Laslo” İdman Sarayında keçirilmiş görüşdə meydan sahibləri əksər göstəricilərdə yığmamızdan üstün olublar. Macarlar daha çox qapıya zərbə vurublar və künc zərbəsini yerinə yetiriblər. Cərimələrin sayında da rəqibin üstünlüyü hiss olunur. Ancaq onlar cəmi bir göstəricidə milli komandamızdan geri qalırlar ki, bu da oyunda həlledici amildir. Söhbət qollardan gedir. Macarıstan qapısında gördüyü 3 qola yalnız 1-i ilə cavab verib.
| Macarıstan | Azərbaycan |
Qollar | 1 | 3 |
Cərimələr | 2 | 6 |
Qapıya zərbələr | 32 | 29 |
Künc zərbələri | 14 | 9 |
Sarı vərəqə | 0 | 0 |
Qırmızı vərəqə | 0 | 0 |
- "Fənərbaxça" Futbol A.Ş.-də yeni idarə heyəti – Mahmut Uslu klubdakı vəzifəsini davam etdirəcək
- "Yunayted"dən Bruno Fernandeş qərarı – Komandanın ən çox qazananı olacaq
- Acun Ilıcalıdan "Hall Siti" azarkeşlərinə transfer mesajı – 11 futbolçu ilə danışıqlar gedir
- "Arsenal" Tzolisi rəsmən açıqladı – Yunanıstanlı vingerlə 5 illik müqavilə
- "Fənərbaxça"da kütləvi istefa – Növbədənkənar seçki keçiriləcək
0
0