“Xəzər-Lənkəran”dan qovulan futbolçu harada oynayacaq?
20.01.2010 - 13:02
“Xəzər-Lənkəran”dan qovulan futbolçu harada oynayacaq?
“Xəzər-Lənkəran” klubunun sabiq futbolçusu Fatih Sonkaya karyerasını yenidən Türkiyədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, Unibank Premyer Liqasının cari mövsümünün birinci dövrəsində komandasından qovulan 29 yaşlı yarımmüdafiəçi “Kayseri Ərciyəsspor” klubuna keçməyə yaxındır. Türkiyə çempionatının aşağı dəstəsində çıxış edən Kayseri təmsilçisinin prezidenti Mehmet Delikanın sözlərinə görə, Hollandiya vətəndaşı olan Fatihlə danışıqlar hələ davam etsə də, müdafiəçi artıq komanda ilə məşq edir.

Qeyd edək ki, daha çox məşhur “Porto”da oynaması ilə tanınan Sonkaya 2009-cu ilin yanvarında “Xəzər-Lənkəran”a transfer olunub. O, 3-ü cari mövsümdə olmaqla Azərbaycan Premyer Liqasında 11 oyun keçirib.
0