Omari Tetradze: Mahir Şükürov yetişmiş, təcrübəli futbolçudur
20.01.2010 - 14:01
Omari Tetradze: Mahir Şükürov yetişmiş, təcrübəli futbolçudur
Rusiyanın “Anji” klubunun baş məşqçisi Omari Tetradze komandadakı problemlərdən narazıdır.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin müdafiəçisi Mahir Şükürovu heyətinə cəlb edən Mahaçqala komandasının çalışdırıcısı qış transfer dövründəki fəaliyyətlərindən narazı qalıb. Tetradze istədiyi transferlərin reallaşmasına nail ola bilmədiklərinə təəssüflənib: “Əlimdə komandada görmək istədiyim futbolçuların siyahısı var idi. Onlar yetişmiş, təcrübəli oyunçular idi. Lakin biz onlar üçün nə qədər pul xərcləyə biləcəyimiz üzərində baş sındırırdıq. Belə vəziyyətdə futbolçular gələcək iş yerləri ilə bağlı məsələyə aydınlıq gətirməyə qərar verdilər. Konkret təklif alan heç bir futbolçu dayanıb bizim qərarımızı gözləməzdi”.

Qeyd edək ki, “Anji” Tetradzenin yetişmiş, təcrübəli futbolçulardan tərtib etdiyi siyahıdan yalnız ikisini - Şükürovla Pekoviçi transfer edə bilib.
0