“Qalatasaray” gözünü Premyer Liqaya dikib
20.01.2010 - 14:32
“Qalatasaray” gözünü Premyer Liqaya dikib
Türkiyənin “Qalatasaray” klubu daha bir transferi reallaşdırmaq istəyir. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Jonu sıralarına qatmaq niyyətindədir.

Hazırda icarə əsasında “Everton”da çıxış edən braziliyalının baş məşqçi Devid Moyeslə də problemləri var. Cari mövsüm Premyer Liqanın 15 oyununda qol vura bilməyən Jo ilə maraqlanan “Qalatasaray” yaxın günlərdə danışıqlara başlamaq fikrindədir.

Qeyd edək ki, daha çox Rusiyanın MOİK klubunda oynadığı vaxt məşhurlaşan Joya qədər “Qalatasaray” “Everton”un digər futbolçusu Lukas Neyli artıq transfer edib.
0