“İnter” Mahir Şükürova əvəzləyici tapıb
20.01.2010 - 15:00
“İnter” Mahir Şükürova əvəzləyici tapıb
Portuqaliyanın “Uniao Leriya” klubunun futbolçusu Huqo Qomes karyerasını Azərbaycanda davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, Bakının “İnter” klubu 31 yaşlı portuqaliyalı müdafiəçini transfer etmək istəyir. Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürovun Rusiyanın “Anji” klubuna keçməsindən sonra onun mövqeyinə oyunçu axtaran bakılılar sağ cinah müdafiəçisi olan Qomeslə bu boşluğu aradan qaldırmaq istəyir. Ötən ilin yayında “Eştrela Amadora” klubundan transfer olunan müdafiəçinin ümidləri tam doğrultmadığını görən “Uniao Leriya” iki illik müqavilə bağladığı futbolçunun Azərbaycana keçidinə razıdır. Belə ki, onlar heç də havayı transfer olunmayan Huqonu ehtiyatda saxlamaqdansa, istənilən qiymətə satmaq haqda düşünür.

Qeyd edək ki, Qomes cari mövsüm Portuqaliya çempionatında cəmi 9 oyun keçirib. O, əvvəllər “Farense”, “Beja”, “Almansilense”, “Pontossalense” klublarında da oynayıb.
0