“Neftçi”nin oyununda azərbaycanlı hakimlər
20.01.2010 - 15:47
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçən azərbaycanlı hakimlər növbəti oyunlarını idarə ediblər.
Apasport.az-ın Peşəkar Futbol Liqasının rəsmi internet saytına istinadən məlumatına görə, Xaqani Məmmədovun başçılıq etdiyi Hakimlər Komitəsinin güvəndiyi ədalət təmsilçilərimiz təkcə əcnəbilərin oyunlarına təyinat almır. Belə ki, Məmmədov təlim-məşq toplanışına aparılan hakimləri öz komandalarımızın oyunlarında da sınamaq istəyib.
Bakının “Neftçi” klubunu Ukrayna “Çernomorets”ini məğlub etdiyi görüşdə briqada üzvlərinin hamısı azərbaycanlılar olub. Elnur Muradov görüşün baş hakimi, Mehman Mahmudov və Roman Vasilyev laysman, Alik Yunusov isə ehtiyat hakim funksiyalarını yerinə yetirib.
Bu, yanvarın 14-dən Antalyadan olan hakimlərimizin öz komandalarımızın matçına ikinci təyinatıdır. Bir neçə gün əvvəl “Qəbələ”nin Rusiyanın “Tom-2” komandası ilə oyununda ədaləti Elvin Əsgərov, İlham Əliyev, İsgəndər Əliyev və Ramil Diniyev qoruyub.

- Rafael Leao "Fənərbaxça" yolunda – Maaş və bonuslar açıqlandı
- Depaya Türkiyədən sürpriz təklif – Cavab gözlənilir
- İngiltərə millisinin düşərgəsində dava: Futbolçular bir-birinə girdi - VİDEO
- Avropa Liqası: "Beşiktaş" qələbə ilə başladı - YENİLƏNİB
- ÇSKA-nın baş məşqçisi: “Revanş oyununa çox ümidliyik”
0
0