Adrian Neaqa: “Styaua” klubundan futbolçu alacağımız gündəmdə deyil
20.01.2010 - 17:30
Adrian Neaqa: “Styaua” klubundan futbolçu alacağımız gündəmdə deyil
Bakının “Neftçi” klubu “Styaua”nın daha bir futbolçusunu transfer etməkdən imtina edib. Apasport.az saytının məlumatına görə, hazırda paytaxt təmsilçisi ilə birlikdə Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçən Adrian Neaqa rumıniyalı jurnalistlərə açıqlamasında komandasındakı həmyerlilərinin sayının artmayacağını bildirib. Vətənində oynadığı vaxt “Styaua”nın kapitanı olmuş rumıniyalı yarımmüdafiəçi bunu belə izah edib: “Həqiqətən də bakılılar “Styaua”nın indiki heyətindən bir futbolçunu transfer etmək istəyirdi. Hətta o, bizim komandaya bu qışda keçməyə çox yaxın idi. Lakin son anda bu məsələ gündəmdən düşdü. Lakin mən həmin futbolçunun adını deməyəcəyəm”.
0