Vaqif Cavadov xeyriyyə aksiyasında
20.01.2010 - 17:55
Vaqif Cavadov xeyriyyə aksiyasında
Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovun çıxış etdiyi Hollandiyanın “Tvente” klubu xeyriyyə aksiyası keçirir. Apasport.az saytının məlumatına görə, klub Haitidə baş verən təbii fəlakətə biganə qalmayıb və zəlzələdən zərər çəkənlərə yardım toplamağa başlayıb. Bu aksiyada klub rəhbərliyi, oyunçular və azarkeşlər iştirak edə bilər. Onlar yanvarın 21-də Bakı vaxtı ilə saat 20:00-a qədər klubun ofisinə baş çəkib yardımlarını verməlidirlər. Yardıma qoşulmaq könüllüdür və hər kəs istədiyi qədər pul köçürə bilər.

Qeyd edək ki, Cavadov ötən həftə Ağdamın “Qarabağ” klubundan “Tvente”yə transfer olunub.
0