AFFA rəsmiləri Budapeştdə 20 yanvar şəhidlərini yad etdilər - FOTO
20.01.2010 - 18:08
Bu gün Macarıstanın paytaxtı Budapeştin Hərbi Muzeyində 20 yanvar faciəsinin 20-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib. Apasport.az saytının Budapeştə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, tədbirə Azərbaycanın Macarıstandakı səfirliyinin əməkdaşları, bu ölkənin Xarici İşlər Nazirliyinin nümayəndələri ilə yanaşı, AFFA rəsmiləri də qatılıblar. Anım mərasimində AFFA-nı I vitse-prezident Rauf Əliyev və baş katib Elxan Məmmədov təmsil edib. Tədbirdə ölkəmizin Macarıstandakı səfiri Həsən Həsənov çıxış edərək, 20 yanvar faciəsi barədə danışıb, şəhidlərimizə Allahdan rəhmət diləyib.
Qeyd edək ki, Rauf Əliyev və Elxan Məmmədov hazırda Macarıstanda keçirilən futzal üzrə Avropa çempionatında mübarizə aparan yığmamıza görə Budapeştdədirlər.
Qeyd edək ki, Rauf Əliyev və Elxan Məmmədov hazırda Macarıstanda keçirilən futzal üzrə Avropa çempionatında mübarizə aparan yığmamıza görə Budapeştdədirlər.
0
0