“Neftçi” kimin vətəndaşlığını dəyişmək istəyib?
20.01.2010 - 21:49
“Neftçi” kimin vətəndaşlığını dəyişmək istəyib?
Qazaxıstanın “Tobol” klubundan “Kazaxmıs”a keçən futbolçu Qeysər Ələkbərzadə “Neftçi”dən aldığı təklifi rədd edib. Lent.az-ın məlumatına görə, 25 yaşlı hücumçu “Naş Sport”a müsahibəsində Azərbaycan klubunda çıxış etməkdən imtinasına aydınlıq gətirib.

Ələkbərzadə bildirib ki, “Neftçi” ona yaxşı müqavilə şərtləri təklif edib. Bununla yanaşı, Bakı klubu futbolçudan vətəndaşlığını dəyişməsini istəyib: “Azərbaycanda mənə təklif olundu ki, Qazaxıstan pasportundan imtina edim. Amma pasportumu dəyişdirmək istəmirəm. Mən Qazaxıstan vətəndaşıyam”.
0