“Öz oyunumuzu çexlərdən gizlədirdik”
20.01.2010 - 22:20
“Birinci oyun, xüsusilə ev sahibinə qarşı ağır olur. Ancaq biz macarları ustalıq baxımından üstələdik. Bu da nəticəni sözünü dedi”. Bunu apasport.az saytının Budapeştə ezam olunmuş xüsusi müxbiri ilə söhbətində futzal üzrə Azərbaycan milli komandasının üzvü Rizvan Fərzəliyev deyib.
Avropa çempionatının açılış matçında Macarıstan üzərində 3:1 hesablı qələbədə böyük rol oynayan Fərzəliyev ikinci hissədə zəif təsir bağışlamalarının səbəbini açıqlayıb: “Tez qol vurmaqla, məqsədimizə çatdıq. Düzdür, tezliklə qapımızdan qol buraxdıq, ancaq hər halda, fasiləyə üstün hesabla yollandıq. Bizdə elə futzalçılar var ki, məşqçinin tapşırığı ilə oyunu öz üzərlərinə götürürlər. Təkbətək mübarizəyə girib, cinah keçidi etməklə, rəqib qapısı qarşısında təhlükəli yaratmağa çalışırlar. Bu alınmayanda isə macarlar əks-hücuma keçirdilər. O ki qaldı, ikinci hissədə zəif çıxışımıza, biz bilərəkdən belə etdik. Fasilədən sonra qol vurmaqdan daha çox gələcək rəqibimiz çexlərdən oyunumuzu gizlədirdik. Çünki Çexiya yığmasının nümayəndələri macarlarla görüşümüzü izləyirdilər”.
Yığmamızın istedadlı futzalçısı sabah çexlərə qarşı keçiriləcək görüş barədə də fikirlərini bölüşüb: “Bir neçə il öncə dünya çempionatının seçmə mərhələsində Çexiya ilə oynamışıq. Həmin matçda bizə heç-heçə də sərf edirdi. Lakin anlaşılmazlıq nəticəsində axırıncı saniyələrdə qol buraxdıq və 2:3 hesabı ilə uduzduq. Onların ən təhlükəli futzalçıları Moskvanın “Dina” klubunda forma geyinmiş Maraş qardaşlarıdır. Bildiyimə görə, yığma karyeralarını bitirdiklərindən, Avropa çempionatına gəlməyiblər. Fikrimcə, biz 1/4 finala çıxmaq vəzifəsini 70 faiz yerinə yetirmişik. İnşallah, qələbə qazanıb, qrup qalibi qismində növbəti mərhələyə yüksələrik”.

0
0