Ramin Musayev, Rəşid Raximov və Krasiçin agenti
21.01.2010 - 00:12
Antalyada toplanışda olan “Xəzər-Lənkəran” klubunun “Sibir”lə dünənki yoxlama görüşünü izləyənlər arasında tanınmış simalar da olub. Apasport.az saytının Antalyaya ezam olunan əməkdaşının məlumatına görə, oyunu Rusiyanın “Amkar” klubunun baş məşqçisi Rəşid Raximov da izləyib. O, qarşılaşmanı Moskva MOİK-inin serbiyalı futbolçusu Niloş Krasiçin agenti ilə seyr edib. Bundan başqa, peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də oyunda idi.
0
0