“Xəzər-Lənkəran” yığma futbolçusunu geri qaytardı
21.01.2010 - 01:25
Türkiyədə təlim-məşq toplanışında olan “Xəzər-Lənkəran” baxışa çağırdığı futbolçulardan birini geri qaytarıb. Apasport.az saytının Antalyaya ezam olunan əməkdaşının məlumatına görə, cənubluların baş məşqçisi Ağasəlim Mircavadov boliviyalı futbolçu Helmut Qutyerresi bəyənməyib.
“Sibir”lə dünənki yoxlama matçında start heyətində meydana çıxan 23 yaşlı yarımmüdafiəçi Mircavadovun etimadını qazana bilməyib. Rusiyalılarla görüşdən sonra Helmut vətəni Boliviyaya qayıdıb.
Peşəkar karyerasını 3 il əvvəl “La-Pas”da başlayan Qutyerres bu komandada keçirdiyi 83 oyuna 10 qol vurub. Ötən il sentyabrın 9-da keçirilən dünya çempionatının Ekvadorla seçmə oyununda ilk dəfə Boliviya millisinin formasını geyən yarımmüdafiəçi ümumilikdə əsas yığmada 2 matç keçirib. Son qarşılaşma isə oktyabrın 11-dəki görüş olub.
Braziliya milli komandası ilə oyuna start heyətində çıxan Helmut “pentakampeonlar” üzərində 2:1 hesablı qələbədə 90 dəqiqə oynamaqla pay sahibi olub.

0
0