İlqar Qurbanov qol vursa da...
21.01.2010 - 02:01
İlqar Qurbanov qol vursa da...
Antalyada hazırlığını davam etdirən "Olimpik-Şüvəlan" növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının Antalyaya ezam olunan əməkdaşının məlumatına görə, “Arkadia” otelinin idman kompleksində Koreyanın "Daiqu" klubu ilə keçirilən oyun güclü yağış altında baş tutub.

Matçda hesabı 14-cü dəqiqədə koreyalılar açıb. 65-ci dəqiqədə rəqib daha bir qol vurub. Nazim Süleymanovun yetirmələri bu qollardan yalnız birinin əvəzini çıxa biliblər. Belə ki, İlqar Qurbanov uzaqdan zərbə ilə topu tora göndərib. "Olimpik-Şüvəlan" matçın son dəqiqələrində daha bir dəfə fərqlənib. Amma matçı idarə həmyerlimiz - referi Rasim Əliyev Usim Ndukanın başla vurduğu topu hesaba almayıb.
0