“İnter”in əvəzediciləri də uduzmur
21.01.2010 - 10:20
“İnter”in əvəzediciləri də uduzmur
Unibank Premyer Liqasının bəzi klublarından fərqli olaraq, ölkə xaricində hazırlıq keçən Bakının “İnter” komandasının əvəzedici heyəti növbəti yoxlama oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Ukraynanın Simferopol şəhərində təlim-məşq toplanışı keçən Roman Cəfərovun yetirmələri “Lvov”la qarşılaşıb. Ukrayna çempionatının birinci dəstəsində çıxış edən rəqiblə matçda qalib müəyyənləşməyib – 1:1. Hesabı penaltidən yararlanan meydan sahibləri açsalar da, bakılılar bərabərlik qolunu vura bilib. “İnter”in əvəzediciləri növbəti oyununu yanvarın 23-də “Tavriya”ya qarşı keçirəcək.

Qeyd edək ki, “Lvov”la qarşılaşmadan əvvəl 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
0