“Qarabağ” “İrtış”a da uduzdu
21.01.2010 - 10:34
“Qarabağ” “İrtış”a da uduzdu
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirən Ağdamın “Qarabağ” klubu növbəti yoxlama oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri Qazaxıstanın “İrtış” klubu ilə görüşüb. Əsas heyətlə meydana çıxan Ağdam təmsilçisi rəqibi qarşısında aciz qalıb – 0:1. Qazaxıstanlılar qarşılaşmadakı yeganə qolu görüşün ilk dəqiqələrində vurub. Onlar “Qarabağ”ın müdafiəçiləri arasında yaranan anlaşılmazlıqdan istifadə ediblər. Bundan sonra ağdamlılar məğlubiyyətdən yaxa qurtarmağa çalışsalar da, bütün cəhdləri boşa çıxıb.

Qeyd edək ki, bu, “Qarabağ”ın Antalyada üçüncü oyunu idi. İlk iki matçda Rusiya təmsilçiləri ilə görüşən Qurbanovun yetirmələri “Anji”yə 1:0 hesabı ilə qalib gəlmiş, “OİK-Enerji”yə isə 1:4 hesabı ilə uduzmuşdu.
0