“Xəzər-Lənkəran”la oyunda o qədər qol vəziyyəti yarandı ki...”
21.01.2010 - 10:40
“Xəzər-Lənkəran”la oyunda o qədər qol vəziyyəti yarandı ki...”
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirən “Xəzər-Lənkəran”la yoxlama oyununda qüvvəsini sınayan Rusiya “Sibir”inin baş məşqçisi İqor Kriuşenko qarşılaşmadan razı qalıb.

Apasport.az saytının məlumatına görə, Novosibirsk təmsilçisinin çalışdırıcısı qarşılaşmanın ardından oyunla bağlı fikirlərini açıqlayıb. Kriuşenko 3:2 hesabı ilə qalib gəldikləri matçda vurulan 5 qolu qol vəziyyətlərinin çoxluğu ilə izah edib: “Oyunun daha mütəşəkkil qurulması baxımından birinci hissə daha çox xoşuma gəldi. Lakin fasilədə heyəti bütünlüklə dəyişdik. İlk yarıda oynayanlar qaldığımız hotelə yollandı, meydana isə başqa heyət çıxdı. Matçın gedişində bu heyətdə də dəyişikliklər etməyə məcbur olduq. Bütün bunlar ikinci hissədə fasiləyə qədər olduğu kimi oynamağımıza imkan vermədi. Ümumilikdə isə “Xəzər-Lənkəran”la oyunumuz qol epizodları ilə zəngin oldu. Matç göstərdi ki, futbolçularımızda istək var. Lakin fiziki hazırlıq və oyun planında qüsurların olduğu üzə çıxdı”.

Qeyd edək ki, bu ildən Rusiya Premyer Liqasında çıxış edəcək “Sibir” tarixində ilk dəfə güclülər dəstəsində mübarizə aparacaq.
0