“Barselona” yenə zirvədə
21.01.2010 - 10:56
“Barselona” yenə zirvədə
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) son 19 ilin ən güclü klublarının siyahısını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, 1991-ci ildən başlayaraq öz hesablamalarına əsasən planetin ən yaxşılarını müəyyənləşdirən qurum arxada qalan 19 ilin nəticələrini ümumiləşdirib. İFFHS-in bu dövr üçün olan siyahısına İspaniyanın “Barselona” klubu başçılıq edir.

Hesabında 807 xal olan kataloniyalılar ən yaxın izləyiciləri olan İngiltərənin “Mançester Yunayted” və İspaniyanın “Real” klublarını arxada qoya bilib. “Qırmızı şeytanlar” 726, “Kral klubu” 633 xal toplayıb.

Dünyanın 208 ən yaxşı klubu arasında Azərbaycan təmsil olunmayıb. Türkiyənin 4 nəhəng komandası isə hesabına xal yazaraq siyahıya düşə bilib. “Qalatasaray” 230 xalla 35-ci, “Fənərbaxça” 109 xalla 69-cu, “Beşiktaş” 68 xalla 92-ci, “Trabzonspor” isə 66 xalla 188-ci pillədə qərarlaşıb.
0