Millimiz daha bir alman klubunu məğlub etdi
21.01.2010 - 11:21
Millimiz daha bir alman klubunu məğlub etdi
Almaniyanın Düsseldorf şəhərində təlim-məşq toplanışında olan 15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoxlama oyununu keçirib.

Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, Oliver Pelzerin yetirmələri “Rot Veiss Essen” klubu ilə üz-üzə gəlib. 20 Yanvar – Ümumxalq Hüzn günündə baş tutan oyuna futbolçularımız qara sarğı ilə çıxıblar. Qarşılaşma şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla anıldıqdan sonra başlayıb.

Yığmamız bu görüşdə 3 cavabsız qol vuraraq qalib gəlməyi bacarıb – 3:0. Komandamız qolları 9 dəqiqə ərzində vurub. Hesabı 25-ci dəqiqədə Mənsur Nəhavəndi açıb. Dörd dəqiqə sonra Qurbanəli Əliyev, 33-cü dəqiqədə isə Coşqun Diniyev fərqlənməyi bacarıb.

Qeyd edək ki, U-15 ilk iki oyununda “Viersen”i 2:0, Mönhenqladbax “Borussiya”sını 3:0 hesabı ilə məğlub edib.
0