Adriano Azərbaycandan nə gözləyir?
21.01.2010 - 12:34
Adriano Azərbaycandan nə gözləyir?
Sumqayıtın “Standard” klubunun sabiq futbolçusu Adriano Peyşe da Silvanın yeni komandaya keçidində problem yaranıb.

Apasport.az saytının məlumatına görə, 2009-cu ili Azərbaycanda keçirən 29 yaşlı yarımmüdafiəçi karyerasını vətəni Braziliyada davam etdirməyə yaxın olsa da, Rio Qrande de Norteni təmsil edən “Amerika” klubuna transferi hələ də rəsmiləşməyib. Bir aya yaxındır bu klubda məşq edib bütün məsələlərdə razılığa gələn Adriano indi də transfer vərəqini gözləyir. Azərbaycandan gəlməli olan bu sənədin yubanması üzündən Adriano Braziliyanın B seriyasında oynayan klubunda debüt edə bilmir.

Qeyd edək ki, ötən mövsüm Bakının “İnter” klubunda 10 oyuna 1 qol vurub Azərbaycan çempionatının gümüş mükafatını qazanan braziliyalı Unibank Premyer Liqasının cari mövsümünün arxada qalan hissəsində sıralarında olduğu “Standard”da 4 matç keçirib.
0