Premyer Liqanın gümüş mükafatçısı yığmada məşqçi işləyəcək
21.01.2010 - 12:42
Premyer Liqanın gümüş mükafatçısı yığmada məşqçi işləyəcək
Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı olan İon Testimitsianu Moldova yığmasında məşqçi işləyəcək. Apasport.az saytının məlumatına görə, Bakının “İnter” klubunun moldovalı sabiq futbolçusu milli komandasının yeni baş məşqçisi Qabi Balinta köməkçi təyin olunub. İon məşqçi kimi debütünü uzun illər çıxış etdiyi yığmasında edəcək. Təxminən bir ay öncə futbolçu karyerasını başa vuran 36 yaşlı yarımmüdafiəçi rumın mütəxəssislə birgə çalışacaq.

Qeyd edək ki, İon “İnter”də çıxış etdiyi 2008/09 mövsümündə gümüş medal qazanıb. Ölkəmizdə bir il oynayan moldovalı müqaviləsinin müddəti uzadılmadığı üçün vətəninə qayıdıb və cəmi 6 ay sonra futbolçu karyerasını bitirib.
0