“Xəzər-Lənkəran” ilk transferlərinin adını açıqladı
21.01.2010 - 13:17
“Xəzər-Lənkəran” klubu ilk transferlərini reallaşdırıb. Klubun vitse-prezidenti Tuyqun Nadirov apasport.az saytına açıqlamasında baxışda olan əcnəbi müdafiəçilər – alban Elvin Beqiri və eston Tixon Şuşovun keçidinin rəsmiləşdiyini bildirib.
Onun sözlərinə görə, imzalanan müqavilənin müddətinin iki illik olması nəzərdə tutulub: “Bizdə adətən legionerlərlə rəsmi anlaşmalar ən azı iki illik olur. Hələ ki baş məşqçimiz Ağasəlim Mircavadovun bəyəndiyi futbolçular budur. Artıq onlarla anlaşmışıq. Bundan sonra da komandamıza baxışa gələnlər olacaq. Baş məşqçimizin bəyəndiyi, son sözü deyən klub prezidentimizin razılıq verdiyi futbolçuları transfer ediləcək. Biz komandamızın çalışdırıcısına yeni futbolçuların sayı ilə bağlı limit qoymuruq”.
Qeyd edək ki, “Xəzər-Lənkəran”ın Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışına qatılan hər iki müdafiəçi milli komandalarının üzvləridir. Beqiri 2002-ci ildə debüt etdiyi yığmasında 47 oyun keçirib. Bu il 30 yaşını qeyd edəcək mərkəz müdafiəçisi “Xəzər-Lənkəran”a Albaniyanın “Vlajniya” klubundan gəlib. Vaxtilə karyerasına da bu klubda başlayan Elvin 2003-06-cı illərdə legioner həyatı da yaşayıb. O, Ukraynada “Metallurq” (Donetsk) və “Arsenal”, Rusiyada “Alaniya”, həmçinin İsraildə Təl-Əviv “Makkabi”sinin şərəfini qoruyub.
Estoniya yığmasının heyətində 20 görüşdə meydana çıxan Şuşov isə Tallinin “Levadiya” klubundan dəvət olunub. 27 yaşlı müdafiəçinin karyerasında vətənində “Puuma”, Pyarnu “Levadiya”sı, habelə Macarıstanın “Qyor ETO” klubları olub. Tixon 6 dəfə Estoniya çempionu, 5 dəfə isə ölkə kubokunun qalibi olub.

- Osimhen dubl etdi - NİGERİYA DÇ-nin bir addımlığında
- Türkiyə klubu 5 futbolçusu ilə yollarını ayırdı - mərc oyunlarında iştirak etdiklərinə görə
- Rafa Silva pensiyaya çıxır? - "Beşiktaş"dan açıqlama
- Mançininin yeni iş yeri bəlli olub
- Mərc qalmaqalı: Eren Elmalı və Metehan Baltacının cəzaları bəlli oldu
0
0