Hakimlərimiz klublarımıza uğursuzluq gətirir
21.01.2010 - 13:28
Hakimlərimiz klublarımıza uğursuzluq gətirir
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan azərbaycanlı hakimlər daha 11 yoxlama oyununu idarə edib. Apasport.az saytının məlumatına görə, yanvarın 20-də baş tutan qarşılaşmalara təyinat alan həmyerlilərimiz Unibank Premyer Liqasının 3 klubu – “Xəzər-Lənkəran”, “Qarabağ” və “Olimpik-Şüvəlan”ın görüşlərində də fit çalıb. Hakimlərimizin ayağı klublarımıza düşməyib - hər 3 təmsilçimiz uduzub. Lənkəranlılar “Sibir”ə 2:3, paytaxt təmsilçisi “Daequ”ya 1:2, ağdamlılar isə “OİK-Enerji”yə 1:4 hesabı ilə məğlub olub.

1. “Qarabağ” (Azərbaycan) – “OİK-Enerji” (Rusiya)
Azad Mütəllimov, Elşən Acalov, Aydın Ələkbərov

2. “Göztəpə” (Türkiyə) – “Obolon” (Ukrayna)
Hacıəli Ağayev, Samir Hacıyev, Ramiz Əsədov, Rauf Cabbarov

3. “Beykozspor” (Türkiyə) – “Karsspor” (Türkiyə)
Ceyhun Haşımov, İnqilab Məmmədov, Fuad Həsənov, Ramil Diniyev

4. “Tepecikspor” (Türkiyə) – “Diyarbakır Kayapınarı” (Türkiyə)
Rəhim Həsənov, İlham Əliyev, Elşən Acalov, Elnur Muradov

5. “Spartak” (Moskva, Rusiya) – “Vakker Burqhauzen” (Almaniya)
Əfqan Həmzəyev, Roman Vasilyev, Vaqif Musayev, Tahir Əhmədov

6. “Dinamo” (Moskva, Rusiya) – “Dnepr” (Ukrayna)
Anar Salmanov, Azər Əsgərov, Orxan Məmmədov, Elvin Əsgərov

7. Koreya milli komandası – “Lütsern” (İsveçrə)
Elçin Məmmədov, Habil Əliyev, İsgəndər Əliyev

8. “Ural” (Rusiya) – “Obolon” (Ukrayna)
Fariz Yusifov, Elman Musayev, Elşən Durmuşov

9. “Qloriya” (Rumıniya) – “Kadriyyespor” (Türkiyə)
Zöhrab Əliyev, Mübariz Haşımov, Ramiz Əsədov, Teymur Fərhadov

10. “Sibir” (Rusiya) – “Xəzər-Lənkəran” (Azərbaycan)
Rövşən Əhmədov, Samir Hacıyev, Ramiz Əsədov

11. “Olimpik-Şüvəlan” (Azərbaycan) – “Daequ” (Cənubi Koreya)
Rasim Məmmədov, Mehman Mahmudov, Ruslan Babayev, Tağı Məmmədov
0