“Ararat” dağılır
21.01.2010 - 15:44
“Ararat” dağılır
İrəvanın “Ararat” klubu dağılmaq üzrədir. Apasport.az saytının məlumatına görə, Ermənistanın ən zəngin tarixə malik olan futbol klubu son günlərini yaşayır.

1935-ci ildə yaradılan və uzun illər SSRİ çempionatlarında respublikasını təmsil edən “Ararat” 75 illik yubileyi ərəfəsində ağır duruma düşüb. Ötən əsrin 70-ci illərində iki dəfə ölkə çempionu olmağı və qitə kuboklarında oynamağı da bacaran erməni klubu fəaliyyətini dayandırmaq məcburiyyətindədir. Ötən il güclülər dəstəsini tərk edən “Ararat” birinci dəstədə oynamalı olsa da, bütün iştirakçılardan fərqli olaraq, hələ də hazırlıqlara başlamayıb. Maliyyə problemləri içində batan klub artıq ölkə kubokunda oynamaqdan da rəsmən imtina edib.

Qeyd edək ki, “Ararat” SSRİ çempionatları zamanı Bakının “Neftçi” klubunun ən prinsipial rəqibi olub. Rəqiblər təmsilçimizin 1963-cü ildə qazandığı 2:0 hesablı qələbə ilə başlayan duellərdə 40 dəfə görüşüb.
0