“Olimpik-Şüvəlan” keçmiş futbolçusunu qaytarır
21.01.2010 - 17:24
“Olimpik-Şüvəlan” keçmiş futbolçusunu qaytarır
Bakının “Olimpik-Şüvəlan” klubu daha bir futbolçunu heyətinə qatıb. Apasport.az saytının məlumatına görə, Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirən paytaxt təmsilçisi Tovuz futbol məktəbinin yetirməsi olan Vüsal Qarayevi sıralarına cəlb edib.

Cari mövsümün birinci dövrəsində Zaqatala “Simurq”unun şərəfini qoruyan 24 yaşlı yarımmüdafiəçi bu komandanın heyətində debüt edə bilməyərək transferə çıxarılmışdı. Vaxtilə Qarayevi sıralarına cəlb edən, lakin son anda onunla anlaşmanı pozan “Olimpik-Şüvəlan” yenidən Vüsalı düşərgəsinə çağırıb. Artıq komanda ilə birlikdə olan futbolçu sabah bakılılarla ilk məşqinə çıxacaq.

Qeyd edək ki, Qarayev karyerası ərzində Azərbaycan çempionatlarında 98 oyun keçirərək 13 qol vurub.
0