“Muğan” “Dubnitsa”nın hücumçusunu transfer edir - FOTO
21.01.2010 - 18:30
“Muğan” “Dubnitsa”nın hücumçusunu transfer edir - FOTO
Salyanın “Muğan” klubu slovakiyalı futbolçu Peter Kişkanı Azərbaycana dəvət edib.

Apasport.az saytının məlumatına görə, salyanlılar neçə vaxtdır danışıqlar apardığı 28 yaşlı hücumçunu çıxış etdiyi “Dubnitsa” klubundan transfer etmək istəyir. On ildir bu komandada oynayan Kişka 185 sm boya və 72 kq çəkiyə malikdir. Cari mövsümün arxada qalan hissəsində 10 oyuna 2 qol vuran hücumçu artıq sabah “Muğan”ın düşərgəsində olacaq.
0