“Xəzər-Lənkəran”ın məşqçiləri arasında qarşıdurma
21.01.2010 - 23:00
“Xəzər-Lənkəran”ın məşqçiləri arasında qarşıdurma
Antalyada təlim-məşq toplantısında olan “Xəzər-Lənkəran” klubunun nümayəndələri bu gün səhər məşqçindən sonra öz aralarında oyun keçiriblər. Apasport.az saytının xəbərinə görə, məşqçi Tofiq Mustafayevin kapitanı olduğu komanda qapıçılarla işləyən məşqçi Hafiz Əliyevin komandasına qarşı mübarizə aparıb.

Mustafayevin komandasında məşqçi Namiq Quliyev, klub rəsmisi və “Xəzər-Lənkəran”ın sabiq qapıçısı Ramiz Kərimov, inzibatçı Fərrux Ağayev və Lənkərandan doğma komandasının izləmək üçün Antalyaya gəlmiş İlqar Ağayev olub.

Əliyevin komandasında isə məşqçi Tərlan Əhmədov, Hüseyn Nadirov, komandanın rəisi Səməd Mustafayev və masajçı Rövşən Muradov yer alıb.

Alim Qurbanovun hakimlik etdiyi görüşdə hokkey hesabı qeydə alınıb. Belə ki, Mustafayevin komandası 7:5 hesablı qələbə qazanıb.
0