Yığmamıza görə Budapeştə kim gələcək?
22.01.2010 - 01:47
Yığmamıza görə Budapeştə kim gələcək?
Azərbaycan futzal yığmasının Avropa çempionatının 1/4 finalındakı rəqibinə nisbətən aydınlıq gəlib. Apasport.az saytının Budapeştə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, milli komandamız pley-offda İtaliya, Ukrayna və Belçika yığmalarının mübarizə apardığı B qrupunun ikincisi ilə qarşılaşmalıdır. Amma dünən keçirilən oyunlardan sonra 1/4 finalda belçikalılarla görüşməyəcəyimiz dəqiqləşib. Belə ki, Belçika öncə İtaliyaya (0:4), ardından Ukraynaya uduzaraq (2:4), qrup sonuncusu olub. Milli komandamızın rəqibi yanvarın 23-də baş tutacaq Ukrayna - İtaliya matçından sonra bilinəcək. Ukraynalılar yalnız qələbə sayəsində qrupda birinci yeri tuta bilərlər. Əks təqdirdə, onlar bizə rəqib olacaqlar. Özü də B qrupunun ikincisi 1/4 final görüşünə görə Debretsendən Budapeştə gəlməlidir. Çünki bu qrupun oyunları Macarıstanın paytaxtında yox, ikinci şəhərində təşkil olunub.

Qeyd edək ki, milli komandamız Macarıstanı 3:1, Çexiyanı isə 6:1 hesabı ilə üstələyərək, qitənin 8 ən güclü kollektivi arasına düşüb.
0