“Simurq” “məktəblilər”ə dərs keçdi
22.01.2010 - 10:20
Gürcüstanda təlim-məşq toplanışı keçirən Zaqatalanın “Simurq” klubu növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, təmsilçimiz aşağı dəstə təmsilçisi FS «35 Tbilisi» klubu ilə qarşılaşıb. Daha çox “35 Sapekhburto Skola” adı ilə tanınan bu komanda hazırda Gürcüstan çempionatının birinci dəstəsinin autsayderlərindən biridir.
Roman Pokoranın yetirmələri “məktəbli”lərə əsl “dərs” keçiblər – 6:2. Bolqarıstanlı hücumçu Nikolay Petrov-Valev iki qola imza atıb, digər qolları isə baxışda olan futbolçular vurub.
“VİT-Corciya” ilə ilk yoxlama oyununda olduğu kimi, bu dəfə də Pokora ixtiyarında olan bütün oyunçulara şans verib. Xatırladaq ki, həmin matçda təmsilçimiz 1:2 hesabı ilə uduzmuşdu.
“Simurq” Tbilisidəki növbəti yoxlama matçını yanvarın 23-də keçirəcək. Rəqibin adı hələ dəqiqləşməyib.

- Osimhen dubl etdi - NİGERİYA DÇ-nin bir addımlığında
- Türkiyə klubu 5 futbolçusu ilə yollarını ayırdı - mərc oyunlarında iştirak etdiklərinə görə
- Rafa Silva pensiyaya çıxır? - "Beşiktaş"dan açıqlama
- Mançininin yeni iş yeri bəlli olub
- Mərc qalmaqalı: Eren Elmalı və Metehan Baltacının cəzaları bəlli oldu
0
0