“Qalatasaray” braziliyalı hücumçunu icarəyə götürdü
22.01.2010 - 10:32
“Qalatasaray” braziliyalı hücumçunu icarəyə götürdü
Türkiyənin “Qalatasaray” klubu heyətinə daha bir futbolçu qatıb. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi İngiltərənin “Mançester Siti”yə məxsus braziliyalı Jonu icarəyə götürüb. Azərbaycanlı azarkeşlərin Moskva MOİK-indən tanıdığı 23 yaşlı futbolçu mövsümün sonunadək “Cim-Bom”un şərəfini qoruyacaq.

Mançester təmsilçisində ümidləri doğrultmadığından, “Everton”a icarəyə verilən Jo cari mövsümü orada keçirməli idi. Lakin özbaşına Braziliyaya yollanan hücumçu bu hərəkəti ilə Liverpul təmsilçisində narazılıq yaradıb. Bundan sonra “Everton” onu heyətində görmək istəməyib. Jonun geri qayıtmasına ehtiyac görməyən “Mançester Siti” isə ona yeni klub tapıb.

Qeyd edək ki, “Qalatasaray” Joya qədər “Everton”da çıxış edən daha bir oyunçu Lukas Neyli transfer edib.
0