Rusiyalılar “Qəbələ” ilə bacarmır
22.01.2010 - 10:40
Rusiyalılar “Qəbələ” ilə bacarmır
Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” klubu ikinci yoxlama oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Ramiz Məmmədovun yetirmələri Rusiyanın aşağı dəstə təmsilçisi “Baltika” ilə qarşılaşıb. Antalyadakı ilk sınağında “Tom” klubuna 2:1 hesabı ilə qalib gələn Qəbələ təmsilçisi bu dəfə rusiyalılara uduzmayıb – 1:1.

Təmsilçimiz hesabı oyunun ilk yarısında açıb. Kalininqrad klubunun qapısına serbiyalı Milan Antiç yol tapıb. Fasilədən sonra qələbəni əldən verən “Qəbələ”ni Azamat Qonejukov məyus edib.

Qeyd edək ki, Məmmədovun yetirmələri yanvarın 23-də baş tutacaq növbəti oyunda Anqolanın “Rekreativo” klubu ilə görüşəcək.
0